Texas Dəmir Yolu Komissiyası şirkətlərə neft hasilatını azaltmaq üzrə öhdəlik tətbiq etməyib.
İclasda tənzimləyicinin üç üzvündən ikisi, o cümlədən sədr Ueyn Kristian bunun əleyhinə səs verib. Texas ştat hökumətinin nümayəndəsi Rayan Sitton azalmanın lehinə səs verib.
“Bu qərar hökumətin yox, məhz Texas şirkətlərinin qeyri-sabit bazar fırtınası yaşadıqları dövrdə hasilatın azaldılması səviyyəsini özlərinin müəyyən etməsinə imkan verir”, - Komissiya sədri U.Kristian bildirib.
R.Sitton isə “Twitterdə” siyasətin Komissiyanın işinə maneə törədildiyini vurğulayıb. O hesab edir ki, qlobal hasilat indi gündə 20 milyon barel azaldılmasa, gələcəkdə 30 milyon azaldılmalı olacaq.
Qeyd edək ki, may ayının əvvəlindən hasilatın azaldılması üzrə yeni OPEC+ sazişi qüvvəyə minib. İştirakçılar gündəlik həcmi may-iyun aylarında 9,7 milyon barel, 2020-ci ilin ikinci yarısında 7,7 milyon barel, ardından 2022-ci ilin aprel ayının sonunadək 5,8 milyon barel azaltmalıdır. Sazişə daxil olmayan bəzi ölkələr də hasilatın azaldılması planlarını elan ediblər. ABŞ-da səlahiyyətlilər bazar səbəblərinə görə, 2020-ci ilin sonuna qədər hasilat həcminin 2 milyon barel azalacağını söyləmişdi.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!