Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın Şanxaydakı fabrikində 3 milyonuncu avtomobil istehsal olunub.
Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamada fabrikdə istehsal edilən 3 milyonuncu avtomobilin cümə axşamı gecə xəttdən çıxarıldığı açıqlanıb.
Bildirilib ki, nəqliyyat vasitəsi “Model Y” markalı tam elektrikli avtomobildir.
Açıqlamaya görə, 2019-cu ilin yanvar ayında istifadəyə verilən fabrikdə 1 milyon vasitə həddini aşmaq 30 aydan çox çəkib. Bununla belə, artan tutumla 2 milyondan 3 milyona keçidin 13 aydan az müddətdə baş verdiyi vurğulanıb.
Zavod 2 milyonuncu avtomobili 2023-cü ilin sentyabrında xəttdən çıxarıb.
Qeyd edək ki, “Tesla”nın Şanxay fabrikində istehsal edilən avtomobillərin sayı ilk 9 ayda 675 minə çataraq markanın qlobal avtomobil istehsalının yarıdan çoxunu təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!