"Tesla"nın ilin ilk rübündə nə qədər qazandığı bəlli olub | Banco.az

"Tesla"nın ilin ilk rübündə nə qədər qazandığı bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın birinci rübdə gəlirləri artsa da, xalis mənfəəti azalıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” 2023-cü ilin I rübü üzrə balans hesabatını açıqlayıb.

Buna görə, şirkətin gəliri ilin I rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 23,3 milyard dollara çatıb. “Tesla” 2022-ci ilin eyni rübündə 18,8 milyard dollar gəlir əldə etmiş, son rübdə isə 24,3 milyard dollarla rekord vurmuşdu.

Elektromobil istehsalçısının xalis mənfəəti isə 2023-cü ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalaraq 2,5 milyard dollara düşüb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 3,3 milyard dollar olmuş, son rübdə isə 3,7 milyard dollara yüksəlmişdi.

“Tesla”nın 2022-ci ilin birinci rübündə 1,07 dollar olan səhmbaşına mənfəəti də bu ilin eyni dövründə 0,73 dollara qədər azalıb.

Qeyd edək ki, şirkət 2023-cü ilin I rübündə dünya üzrə 422 min 875 avtomobil satışı həyata keçirib, 440 min 808 avtomobil istehsal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram