Tamara Mustafayeva, Banco.az
"Tesla" şirkəti ilin II rübündə 1.1 milyard dollar həcmində rekord mənfəət əldə edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, aparıcı elektromobil şirkəti "Tesla" 2021-ci ilin II rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Buna görə, şirkətin xalis mənfəəti ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 998% artaraq 1.1 milyard dollara yüksəlib ki, 2020-də bu göstərici 104 milyon dollar idi. Beləliklə də, şirkətin mənfəəti ilk dəfə rüblük əsasda 1 milyard dollar səviyyəsini üstələyib.
Şirkətin bu ilin II rübü üzrə əldə etdiyi gəlir isə ötən ilin eyni dövrünə nəzərən 98% artımla 11.9 milyard dollara çatıb. Müvafiq olaraq bu göstərici isə ötən il 6 milyard dollar açıqlanmışdı.
Qeyd edək ki, elektromobil istehsalçısı şirkətin ötən ilin ikinci rübündə 0.44 dollarlıq bir səhminin qiyməti hazırda 1.45 dollardır. Şirkət aprel-iyun ayları ərzində dünya miqyasında 200 mindən çox avtomobil satışı həyata keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!