Müəllif -Aida İsaq, Banco.az
Elektrikli avtomobil istehsalçısı “Tesla”nın əməkdaşları yeni ixtisar dalğası ilə üz-üzədir.
Banco.az xəbər verir ki, İlon Maskın "Twitter"də idarəetməyə daha çox vaxt ayırmaq qərarından sonra əməkdaşlar 2023-cü ildə şirkətdəki maliyyə problemlərinə görə öz işlərini itirə bilər. Eyni zamanda şirkətin işə qəbul prosedurunu donduracağı bildirilir. Şirkət hələ də bəzi sahələrdə istehsal gücünü genişləndirməyi planlaşdırdığından, işə qəbul prosesinin hansı formada həyata keçiriləcəyi bəlli deyil.
Qeyd edək ki, işçilərin işdən azad olunması ilin əvvəlindən bəri "Tesla" səhmlərinin bazar dəyərini 60 faizdən çox itirməsi ilə əlaqələndirilir. İndiyədək səhmlərin azalması şirkətin maliyyə və əməliyyat göstəricilərində əks olunmayıb. Lakin rəhbərliyin son qərarları yaranan vəziyyətin ürəkaçan olmadığını göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!