Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın “Cybertruck” adlı elektrik pikapının (yük maşını) istehsalına başlanılıb.
Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil şirkəti “Tesla”nın futuristik görünüşə malik elektrik pikapı “Cybertruck” Texasdakı istehsal xəttindən çıxıb.
Qeyd edək ki, “Tesla”nın baş direktoru İlon Mask “Cybertruck”ı ilk dəfə 2019-cu ildə təqdim etsə də, avtomobilin istehsalı dəfələrlə gecikdirilib. Yük maşınının istehsalı və çatdırılması əvvəlcə 2021-ci ilə planlaşdırılıb, lakin “Tesla” o vaxtdan bəri təchizat komponentlərindəki çatışmazlıqları əsas gətirərək prosesi gecikdirirdi.
ABŞ-ın avtomobil araşdırma firması “Kelley Blue Book”a görə, elektrik pikapının başlanğıc qiyməti güman ki, təxminən 50 min dollar olacaq. “Cybertruck” üç fərqli modeldə istehsal ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!