"Tesla"nın Çindəki satışları 7-ci aydır ki, azalır | Banco.az

"Tesla"nın Çindəki satışları 7-ci aydır ki, azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın Çində istehsal etdiyi elektrik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb.

Banco.az xəbər verir ki, Tesla-nın Şanxaydakı zavodundan həyata keçirilən avtomobil tədarükləri ardıcıl yeddi ay azalma göstərərək, şirkətin qlobal satışlarındakı durğunluğu daha da gücləndirib.

2024-cü ilin aprel ayında şirkət Şanxay zavodundan 58 min 459 ədəd Model 3 sedan və Model Y SUV avtomobili göndərib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalma deməkdir.

Çində elektrikli və hibrid avtomobil satışlarının aprel ayında 42% artaraq 1,14 milyon ədədə çatacağı gözlənilir.

Tesla-nın Çində üzləşdiyi əsas çətinliklər isə güclü yerli rəqiblərlə bağlıdır. Bu rəqiblərin başında gələn BYD 2025-ci ilin aprel ayında tarixinin ən yüksək aylıq satış göstəricisini qeydə alıb.

Çinli avtomobil nəhəngi olan BYD-nin ilin sonuna qədər 5,5 milyon avtomobil satmaq hədəfi var.

Digər tərəfdən, Tesla-nın qlobal satışları bu ilin ilk rübündə, markadan uzaqlaşan istehlakçılar səbəbilə, son üç ilin ən aşağı səviyyəsinə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram