“Tesla”nın Çin istehsalı avtomobil satışları artıb | Banco.az

“Tesla”nın Çin istehsalı avtomobil satışları artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın Çin istehsalı avtomobil satışları sentyabr ayında artıb.

Banco.az xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın Çin istehsalı olan elektrik avtomobillərinin satışı sentyabr ayında əvvəlki ilə nisbətən 19,2 faiz artıb.

Markanın Çin istehsalı olan “Model 3” və “Model Y” avtomobillərinin tədarükü əvvəlki ayla müqayisədə 1,9 faiz artıb. 

Qeyd edək ki, “Tesla”nın Çin istehsalı olan avtomobilləri müxtəlif bazarlara, o cümlədən Avropaya ixrac edilir.

Həmçinin bildirib ki, “Tesla”nın ən böyük çinli rəqibi olan “BYD”, “Dynasty” və “Ocean” EV və plug-in hibrid seriyası ilə sentyabr ayında minik avtomobillərinin satışında illik 45,56 faizlə ən yaxşı aylıq göstəriciyə çatıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram