"Tesla"nın bazar dəyəri 1 trilyon dolları keçdi | Banco.az

"Tesla"nın bazar dəyəri 1 trilyon dolları keçdi

Tamara Mustafayeva, Banco.az

"Tesla" şirkətinin səhmləri "Hertz" ilə əməkdaşlıq qərarının ardınca 9% dəyər qazanıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bir səhminin qiyməti 1000 dollara yaxınlaşan elektromobil istehsalçısı "Tesla" şirkətinin bazar dəyəri ilk dəfə 1 trilyon dollardan bahalaşıb.

ABŞ-ın avtomobil icarəsi ilə məşğul olan "Hertz" şirkəti açıqlama edərək elektromobil kvotasını artırmaq üçün 2022-ci ilin sonuna qədər 100 min "Tesla" avtomobili sifariş etdiklərini bildirmişdi.

Müştərilərinin noyabr ayından etibarən ölkənin böyük bazarlarında və Avropanın müəyyən şəhərlərində "Tesla Model 3" icarəyə götürə biləcəklərini qeyd edən "Hertz" həmçinin şirkətin qlobal miqyasda həyata keçirilən layihələrinin icrası üçün yeni elektromobil batareya infranstrukturu yaradacaqlarını da açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et