"Tesla"nın avtomobil tədarükü gözləniləndən aşağı olub | Banco.az

"Tesla"nın avtomobil tədarükü gözləniləndən aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Elektromobil istehsalçısı “Tesla” 3-cü rübdə 462 min 890 avtomobil tədarük edib.

Banco.az xəbər verir ki, “Tesla” Çinin elektrikli avtomobillər üçün subsidiyaları artırmasından faydalanaraq rüblük avtomobil satışlarında 6,4 faiz artıma nail olub.

İlon Maskın rəhbərlik etdiyi şirkət ötən üç ayda müştərilərinə 462 min 890 avtomobil tədarük edərək bu il ilk dəfə artıma imza atıb.

Çərşənbə günü açıqlanan göstərici analitiklərin gözlədiyi təqribən 463 min 900 çatdırılma proqnozundan geri qalıb.

Tədarüklərin artması “Tesla”nın itkilər seriyasına son qoyub. Belə ki, avtomobil satışları ilin ilk iki rübündə azalmışdı. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkət 2025-ci ilin ilk yarısında daha ucuz modellərin istehsalına başlamağı planlaşdırdığını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram