Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın Çin istehsalı olan elektrik avtomobillərinin satışı oktyabr ayında illik 5,3 faiz azalıb.
Banco.az xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatlarına görə, ABŞ avtomobil istehsalçısı “Tesla” oktyabr ayında əvvəlki ilə nisbətən 5,3 faiz az olmaqla 68 min 280 Çin istehsalı elektrik avtomobili satıb.
Çin istehsalı olan Model 3 və Model Y avtomobillərinin tədarükü əvvəlki ayla müqayisədə 22,7 faiz azalıb.
Şirkətin çinli rəqibi “BYD” isə “Dynasty” və “Ocean” seriyalı elektrik avtomobilləri və plug-in hibridləri ilə ötən ay illik müqayisədə 66,2 faiz artımla 500 min 526 ədəd avtomobil satışı həyata keçirməklə rekorda imza atıb.
“BYD”nin verdiyi açıqlamaya görə, xaricə daşınmalar ümumi satışların 6 faizini təşkil edir.
Qeyd edək ki, “Tesla”nın səhmləri bazar ertəsi birjalar açılmazdan əvvəlki ticarətdə 1 faizdən çox ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!