"Tesla" yenidən Bitkoinlə ödəniş qəbul etməyə başlaya bilər | Banco.az

"Tesla" yenidən Bitkoinlə ödəniş qəbul etməyə başlaya bilər

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektromobil istehsalçısı "Tesla" şirkətinin CEO-su İlon Mask şirkətin "böyük ehtimalla" yenidən Bitkoini ödəmə vasitəsi kimi qəbul etməyə başlayacağını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Mask iştirak etdiyi konfransların birində "Tesla" və "SpaceX"in Bitkoin investisiyaları ilə yanaşı, özünün də şəxsi Bitkoin, Ethereum və Dogecoin investisiyaları olduğunu bildirib.

O, "Bərpa olunan enerjidən istifadə nisbətinin 50% və ya daha çox olduğuna dair informasiyaların doğruluğuna və bu nisbətin artacağına əmin olduğum zaman "Tesla" böyük ehtimalla yenidən Bitkoini ödəmə vasitəsi kimi qəbul etməyə başlayacaq", deyə vurğulayıb.

Xatırladaq ki, İlon Mask may ayında rəsmi "Twitter" səhifəsindən yayımladığı tvitlərin birində ekoloji problemləri əsas göstərməklə "Tesla"nın avtomobil satışlarında Bitkoindən istifadəni dayandırdığını elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et