“Tesla” tarixdə ilk dəfə avtomobil satışında “Audi”ni geridə qoydu | Banco.az

“Tesla” tarixdə ilk dəfə avtomobil satışında “Audi”ni geridə qoydu

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” 2024-cü ildə ilk dəfə qlobal avtomobil satışlarında alman premium markası “Audi”ni geridə qoyub.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Volkswagen AG”nin bir hissəsi olan “Audi” 2024-cü ildə 1,67 milyon avtomobil satıb ki, bu da bir il əvvəllə müqayisədə 12% azdır. Avropa və Çində artan rəqabətlə mübarizə, eləcə də elektrikli modellərinə zəif tələbat markanı keçən il 1,79 milyon avtomobil tədarük edən İlon Maskın “Tesla”sından geridə qoyub”, - məlumatda bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Tesla Model Y” krossoveri dünyada ən çox satılan avtomobillərdən biridir və bu il o yenilənəcək. Bu fonda “Audi” və digər alman avtomobil istehsalçıları Çində dəbdəbəli avtomobillərə aşağı tələbatla üzləşiblər. Eyni zamanda, Avropada bir sıra ölkələrin elektromobillərin alınması üçün subsidiyaları kəsməsindən sonra elektriklə işləyən avtomobillərə tələb proqnozlardan aşağı düşüb.