"Tesla" Şanxayda istehsalı azaltmağa hazırlaşır | Banco.az

"Tesla" Şanxayda istehsalı azaltmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Çin bazarındakı fəaliyyətini bir qədər azaldır.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın Çin bazarında tələbin təklifi qarşılaya bilməməsi səbəbindən Şanxay fabrikində istehsalı azaltmağı planlaşdırdığı bildirilir.

Mövzuya yaxın mənbələrin dediyinə görə, sözügedən qərarla ümumi istehsalın 20 faiz azalacağı gözlənilir.

Mövzunu şərh edən mənbələr bildiriblər ki, avtomobil istehsalçısı daxili bazarda qısamüddətli fəaliyyətini qiymətləndirdikdən sonra bu qərarı verib.

Bununla yanaşı, Çində tələbat artarsa, şirkət istehsalı yenidən artırmaq üçün dərhal hərəkətə keçəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına görə, “Tesla”nın Çin üzrə tədarük həcmi noyabrda 100 min 291 ədəd avtomobillə rekord həddə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et