"Tesla" Şanxayda iş vaxtını qısaldacaq | Banco.az

"Tesla" Şanxayda iş vaxtını qısaldacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Şanxay fabrikində iş saatlarını qısaldacaq və yeni işçilərin qəbulunu təxirə salacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla Inc” istehsal fəaliyyətinin ən sıx olduğu Şanxaydakı fabrikində iş saatlarını qısaldacaq və yeni kadrların işə qəbulunu gecikdirəcək.

Sözügedən fabrik bazar ertəsindən etibarən iş saatlarını təxminən iki saat azaldacaq və daha qısa iş saatı isə istehsal işçilərinin aylıq əmək haqqının azalmasına səbəb ola bilər.

Qeyd edək ki, xəbərin yayımlandıqdan qısa müddət sonra “Tesla” səhmləri bir qədər ucuzlaşıb.

Xatırladaq ki, “Tesla”nın Şanxay fabriki Çin avtomobil bazarında tələbin azalmasına görə artan tədarük problemi ilə qarşı-qarşıya olsa da, noyabr ayında 100 mindən çox avtomobil istehsalı ilə ən yüksək aylıq satış da məhz bu fabrikə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et