Tesla özü idarə olunan avtomobillər istehsalına başlayacaq | Banco.az

Tesla özü idarə olunan avtomobillər istehsalına başlayacaq

Müəllif: Mehin Qasımova Banco.az

Tesla 2026-cı ildə özü idarə olunan avtomobillər istehsalına başlayacaq.

Banco.az xəbər verir ki, şirkətin baş direktoru İlon Mask bildirib ki, Tesla-nın sürücüsüz avtomobil istehsalı 2026-cı ilə planlaşdırılıb.

Model "CyberCab" adlanır və robot taksi kimi istifadə olunacaq.

"CyberCab istehsalı gələn il Texasda başlayacaq, avtomobilin sükanı və ya pedalı olmayacaq, ya özü sürəcək, ya da özü sürməyəcək", - İlon Mask  jurnalistlərə bildirib.

2024-cü ilin oktyabrında "Cybercab" təqdim edildikdən sonra Tesla səhmləri 7% ucuzlaşdı.

Bloomberg-in məlumatına görə, investorlar Elon Maskın özü idarə olunan avtomobilin bazara necə və nə vaxt çıxacağı ilə bağlı daha konkret izahat verməsini gözləyirdilər.