Tesla Motorsun 9% işçisinin işdən çıxarılacağı gözlənilir | Banco.az

Tesla Motorsun 9% işçisinin işdən çıxarılacağı gözlənilir

Elon Mask, Tesla Motors-un işçilərinə məktub ünvanlayaraq 9% işçinin işdən azad olunacağını bildirib. Reuters-in məlumatına görə, məktub işçilərə ünvanlansa da mediaya sızdırılıb.

Sözü gedən ixtisara səbəb kimi Maskın kompaniyanın strukturunda dəyişiklik etməsi göstərilib. Mask bu qərarın çətin olduğunu və ixtisarın yeni Sedan Model 3 işçilərinə aid olmadığını bildirib.  Model haqda məlumat verən Mask modelin 36000 dollara olacağını və bəzi texniki üstünlüklərə sahib olacağını bildirmişdi. Qeyd edək ki, keçən ilin dekabr hesabatına əsasən Tesla Inc.-də çalışan daimi işçi sayı 37543 nəfər təşkil edirdi.

Bu ilin aprel ayında Teslanın səhmi 5% aşağı enmişdi. Bunun səbəblərindən biri kimi Maskın şirkətin tez bir zamanda bankrot olacağı haqda zarafatı göstərilmişdi. Bir müddət sonra konsultasiya şirkəti Institutional Shareholder Services səhmdarlara sərbəst qərar verən idarə heyəti yaratmağı tövsiyə etdi. Hansı ki, bu yolla Maskın səlahiyyətləri bir qədər azalacaq və top-menecer yalnız öz işiylə məşğul ola biləcəkdi. Bundan əlavə ISS yaranmış problemin Model 3-ün çıxmasıyla da əlaqəli olduğunu vurğulamışdı.

Ən sərfəli kredit üçün müraciət et


Qeyd edək ki, Tesla 2003-də yaradılmış elektrik maşını istesal edən amerika şirkətidir. Şirkətin marağa səbəb olan Tesla Roadster avtomobili, Mask tərəfindən yaradılmış Space X kompaniyasına məxsus raket vasitəsilə kosmosa buraxılmışdır və bu layihə 90 milyon dollar olaraq qiymətləndirilib.

Nəcibə Yusifova, banco.az