“Tesla” Model Y elektromobillərinin qiymətini artırıb | Banco.az

“Tesla” Model Y elektromobillərinin qiymətini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” ABŞ-da Model Y elektromobillərinin qiymətini min dollar artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin internet saytında məlumat verilib.

Məlumata görə, Model Y elektromobilinin əsas variantı 44 min 990 dollara, uzun məsafəli və performans variantları isə müvafiq olaraq 49 min 990 və 53 min 490 dollara satışa çıxarılıb.

Xatıldaq ki, “Tesla” azalan tələb və bazarda güclü rəqabətlə mübarizə apardığı bir mühitdə Çindəki fabrikində avtomobil istehsalını azaltmağa qərar vermişdi.

Mövzu ilə bağlı təfərrüatları təqdim edən mənbələrin iddiasına görə, şirkət rəsmiləri martın əvvəlində Şanxaydakı fabrik işçilərindən həftədə beş gün işləməyi və Çində istehsal olunan Model Y idman avtomobilinin və Model 3 sedanının istehsalını azaltmağı istəyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et