Tesla Model S çox iddialıdır (FOTO) | Banco.az

Tesla Model S çox iddialıdır (FOTO)

Elon Musk, yeraltı tunellərlə bağlı maraqlı fotonu və yeni test videosunu təqdim etdi

Bu haqda Banco.az portalı Technote-a istinadən məlumat verir. 

Elon Musk, Instagram səhifəsində “Boring Company” şirkəti tərəfindən inşa edilmiş yeraltı tunnelin daxilində elektrik avtomobilinin fotosunu paylaşıb.

 

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən elektrik avtomobili isə “Tesla” tərəfindən istehsal edilən Model S-dir. Bundan əlavə olaraq Musk, yeraltı tunneldə keçirilmiş yeni testin videosunu da təqdim edib. Nəzərinizə çatdıraq ki, yeraltı tunnellərdə avtomobillər özləri hərəkət etməyəcəklər. İdeyanın əsas məğzi ondan ibarətdir ki, avtomobillər ilk öncə lift vasitəsilə həmin tunellərə enəcəklər. Daha sonra isə avtomobillər xüsusi elektrik platformalara yerləşdiriləcəklər. Həmin elektrik platformalar isə öz növbəsində avtomobili, maqnit relslərin sayəsində saatda 300 km sürətlə lazımi yerə çatdıracaqlar. Musk-ın təqdim etdiyi yeni test videosunda sözügedən platforma, saatda 324 km sürətlə hərəkət edib. Qeyd etmək lazımdır ki, hətta inşası bitməmiş tuneldə Tesla Model S çox effektli təsir bağışlayır.