"Tesla" Meksikada istehsal fabriki inşa etməyə hazırlaşır | Banco.az

"Tesla" Meksikada istehsal fabriki inşa etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektromobil nəhəngi “Tesla” yeni fabrik investisiyası üçün istiqamətini Meksikaya çevirib.

Banco.az xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador “Tesla” şirkətinin çox böyük bir avtomobil fabriki tikmək üçün Meksikaya gələcəyini açıqlayıb. Hansı modellərin istehsal olunacağı isə hazırda elan olunmayıb.

İnvestisiya qoyuluşunun ilkin mərhələdə ən azı 1 milyard dollar dəyərində olacağı güman edilir. Bu sövdələşmə elektrik avtomobili istehsalçısının ABŞ-dan kənarda fəaliyyətini genişləndirmək siyasətini nümayiş etdirir.

Xatırladaq ki, “Tesla”ın ABŞ-ın Kaliforniya və Texas ştatları ilə yanaşı, Berlin və Şanxayda da elektrik avtomobilləri istehsal edən zavodları var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et