"Tesla" "Maxwell"i 218 milyon dollara satın aldı | Banco.az

"Tesla" "Maxwell"i 218 milyon dollara satın aldı

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla", enerjinin toplanması ilə bağlı texnologiyalar inkişaf etdirən "Maxwell" şirkətini 218 milyon dollara satın aldığını açıqlayıb.

Bu çərçivədə, "Tesla"nın elektrik avtomobillərində "Maxwell"in istehsal etdiyi ultra kondensatorlardan istifadə ediləcəyi bildirilib.

Mənbələr, İlon Maskın ultra kondensatorların elektrikli avtomobillərdə istifadəsinin batareyalardan daha səmərəli ola biləcəyini düşündüyü qeyd edirlər. Bu çərçivədə, İlon Maskın Stanford Universiteti ilə birlikdə fəaliyyət göstərdiyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət mənbələri, "Maxwell"in ultra kondensatorlarının, "Tesla"nın batareya dizaynını dəyişərək, əldə olunan performansı artıracağını qeyd edirlər.  

marja

Ən sərfəli krediti almaq üçün müraciət et