"Tesla" maşınları bu ölkədə ABŞ-dakından 40% ucuz satılır | Banco.az

"Tesla" maşınları bu ölkədə ABŞ-dakından 40% ucuz satılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Çində ABŞ-dan 40 faiz ucuz satılır.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti Çində satılan “Model 3” və “Model Y” avtomobillərinin qiymətini aşağı salıb. 

Yerli istehsal olan "Model Y idman" avtomobilinin başlanğıc qiyməti 288 min 900 yuandan 259 min 900 yuana (37 min 875 dollar) endirilib.

Bu barədə şirkətin rəsmi internet saytında məlumat yayılıb.

Qeyd edək ki, sözügedən məbləğ Çin bazarı üçün rekord aşağı qiymət olmaqla yanaşı, “Tesla”nın ABŞ saytında qeyd olunan 65 min 900 dollar başlanğıc qiymətindən 43 faiz ucuzdur.

Ən sərfəli kredit üçün müraciət et

"Model 3"ün qiyməti isə ABŞ-dakı siyahı qiymətindən təxminən 30 faiz aşağı olmaqla 265 min 900 yuandan (38 min 741 dollar) 229 min 900 yuana (33 min 496 dollar) düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et