Tesla, LinkedIn kimi böyük şirkətlər öz işçisini necə seçir? | Banco.az

Tesla, LinkedIn kimi böyük şirkətlər öz işçisini necə seçir?

Heç kimə sirr deyil ki, işə müraciət edərkən ilk növbədə iş təcrübəsi çox olan şəxslərə üstünlük verilir. Ona görə də bir çox tanınmış texnologiya şirkətləri, Tesla, LinkedIn Accenture, işçi seçimində onların CV-nə nəzər yetirmək üçün süni intellekt və neyro elmi vasitələrdən istifadə edir.

Avtomobil istehsalçısı Elon Maskın LinkedIn və konsaltinq şirkəti olan Accenture-də professional əlaqələri var, hansı ki, onlar işçi seçimində Pymetrics startapının təklif etdiyi texnologiyadan yararlanırlar. Bu texnologiya işçinin produktivliyini yoxlamaqla bərabər onun problem həll etmə bacarığını da ortaya çıxarır. Beləki, işçi 30 dəqiqə ərzində bir neçə hissədən təşkil olunmuş oyun oynayır və bu zaman o, qarşısına çıxan problemləri həll edir. Oyun vasitəsilə işə götürən tərəf işçinin onun alqoritmi necə qavradığını və eyni zamanda problemlərlə necə başa çıxdığını ortaya çıxarır.

Namizədin daha əvvəlki iş təcrübəsi o qədər də böyük rol oynamır deyə Noson startapının yaradıcısı Pat Murray bildirib. “Namizədi dəyərləndirərkən onun idarə etməsi və bacarığı bizim üçün vacib rol oynayır. Məsələn, bu birinin ac olanda yemək yeməsi üçün bütün vasitələri gözdən keçirmək kimi bir şeydir. Bunun dəyəri yoxdur." –deyə o, bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Əsas etibarilə Murray işçinin problemə yalnız bir deyil, bir neçə həll yoluyla yanaşmasını vurğulayır.

Bu mövzuda bütün şirkətlərin özünəməxsus seçim üsulu mövcuddur. Məsələn, CSC Generation şirkəti özünə işçi seçərkən bir qədər fərqli yanaşır və əsas etibarilə kreativliyini və tənqidi təfəkkür bacarıqlarını test vasitəsilə yoxlayır. Bundan əlavə namizədə ailəsi, həyatının çətin zamanlarında dünyaya baxışı, onun təhsilinə dəstək olan şəxs və s. haqda maraqlı suallar verilir. Bu yolla şirkətlər həqiqətən işləmək həvəsi və istəyi olan insanları ortaya çıxarır və onların şirkətə verəcəyi dəstəyi qiymətləndirirlər.

Nəcibə Yusifova, banco.az