“Tesla” işçilərinin 10%-dən çoxunu ixtisar edəcək | Banco.az

“Tesla” işçilərinin 10%-dən çoxunu ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Tesla” qlobal işçi qüvvəsinin 10%-dən çoxunu ixtisar edəcək.

Banco.az xəbər verir ki,bu barədə şirkətin rəhbəri İlon Mask işçilərə məktubunda bildirib.

Beləliklə, şirkət ən azı 14 min nəfəri ixtisar edəcək.

Məktubda deyilir: “Biz bu illər ərzində sürətlə inkişaf etdik, bir sıra fabriklər bütün dünyada genişləndi. Bu sürətli artımla yanaşı, bəzi sahələrdə rolların və vəzifə öhdəliklərinin təkrarlanması baş verib. Biz şirkəti böyümənin növbəti mərhələsinə hazırlayırıq və bu kontekstdə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üçün onun hər aspektini araşdırmaq çox vacibdir”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bazar ertəsi “Tesla” səhmləri ticarətdən əvvəl 1,3% ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et