"Tesla" insanabənzər robotunun yeni versiyasını təqdim edib | Banco.az

"Tesla" insanabənzər robotunun yeni versiyasını təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” insanabənzər robotlar çağında inqilaba davam edir.

Banco.az xəbər verir ki, ən son prototip olan “Optimus Gen 2”nun yeni versiyası əvvəlki versiyadan sonra gözlənilməz bir yeniliklə qarşımıza çıxır.

Belə ki, “Tesla” tərəfindən hazırlanmış bu yeni versiyada artıq səhər yeməyimizi hazırlamaqda bizə kömək etmək üçün qida prosessorlarına ehtiyacımız yoxdur. Çünki məhz bu işi görəcək robotlar hazırlanır.

“Optimus Gen 2”un ən yaxın zamanda elan edilmiş xüsusiyyəti robotun omlet hazırlaya bilməsidir.

İndi insanabənzər robot bütün barmaqlarında toxunma sensoru ilə təchiz edilmiş əllərə malikdir. Omlet nümunəsindən də göründüyü kimi, yumurtanı sındırmadan tutmaq kimi incə işləri yerinə yetirə bilir.

“Optimus Gen 2”nun əvvəlki versiyadan 10 kiloqram daha yüngül olması onun funksionallığını artırır. Bu isə onu hələ də insanların dominant olduğu bir dünyada hərəkət etmək və tapşırıqları yerinə yetirməkdə daha əlverişli edir.

Qeyd edək ki, şirkətin baş direktoru İlon Mask “Optimus”u monoton işlərin köməkçisi, insanların yayınmağa çalışdığı darıxdırıcı və təkrarlanan işləri öz üzərinə götürəcək bir şəxs kimi görür. Bununla belə, “Optimus Gen 2” prototip mərhələsindədir və hələ onunla bağlı istehsal və ya satış planları yoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram