"Tesla" insanabənzər robot istehsal edəcək | Banco.az

"Tesla" insanabənzər robot istehsal edəcək

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektromobil istehsalçısı "Tesla" şirkəti robot istehsal etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Tesla"nın "AI Day" ("Süni İntellekt Günü") tədbirində iştirak edən şirkətin CEO-su İlon Mask yaxın müddətdə insanabənzər robot istehsal edəcəklərini açıqlayıb. O, "Tesla Bot" adlandırılacaq bu robotun insanlar tərəfindən icrasının təhlükəli, monoton və ya darıxdırıcı olduğu işlərdə istifadə ediləcəyini də bildirib.

Mask işçi qüvvəsi çatışmazlığına diqqət çəkərək sözügedən robotun iqtisadiyyat üçün əsaslı təsirlərinin olacağını söyləyib. Avtomobillərə bolt vurmaqdan marketlərdə ərzaq alış-verişi etməyə qədər bir çox müxtəlif işin öhdəsindən gəlməyə qadir olacaq bu robotun "ultra baha" olmasının da xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Tesla Bot"un gələn il ictimaiyyətə təqdim edilməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et