Tesla fabriklərində bitcoin bankomatlar quraşdırılıb | Banco.az

Tesla fabriklərində bitcoin bankomatlar quraşdırılıb

LibertyX kripto bankomatlarının operatoru olan Fold ödəniş platformasının direktoru Will Reeves öz twitterində Tesla fabriklərində bitcoin bankomatlarının quraşdırıldığını qeyd edib. Lakin bu yazıdan dərhal sonra Tesla rəhbəri Elon Musk twitter-də “mənə elə gəlir ki, bu səhv məlumatdır” yazıb. Məlumatı dəqiqləşdirmək üçün LibertyX şirkəti həqiqətəndə Tesla-nın ABŞ-da yerləşən 3 fabrikində kripto bankomatların olduğunu təsdiqləyib. Məsələ ondadır ki, bu bankomatlar əvvəllər adi bankomat kimi fəaliyyət göstəriridi və onların moderləşdirilməsindən sonra bitcoin almaq funksiyası da aktivləşdirilib. Hazırda bu bankomatlarda yalnız 8% komissiya ilə bitcoin almaq funksiyası mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et