"Tesla" ən qiymətli avtomobil markası statusunu itirdi | Banco.az

"Tesla" ən qiymətli avtomobil markası statusunu itirdi

Müəllif:Mehin Qasımova/Banco.az

Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" ən qiymətli avtomobil markası statusunu itirib. 

Banco.az xəbər verir ki, bu barədə Brand Finance beynəlxalq analitik agentliyi məlumat yayıb.

Mercedes-Benz yenidən liderlik mövqeyini bərpa edib. Alman Mercedes-Benz brendinin dəyəri son vaxtlar  artaraq 59,4 milyard dollar təşkil edib. Amerika brendi 12 faiz ucuzlaşaraq 58,3 milyard dollara düşüb. 

Analitiklər qeyd edir ki, Tesla-nın birincilik statusunu itirməsinə səbəb avtomobil istehsalçısının reputasiyasına təsir edən şirkətin rəhbəri İlon Maskın ətrafında yaranan mübahisə olub.

Ən bahalı avtomobil markaları siyahısında üçüncü yerdə Yaponiyanın Toyota şirkəti qərarlaşıb. İlk beşliyi Almaniyanın Porsche və BMW şirkətləri tamamlayıb. İlk onluqda Volkswagen, Honda, Hyundai, Ford  və Audi kimi şirkətlər yer alıb. Ən davamlı brend yüksək şöhrət və reputasiya ilə dəstəklənən İtalyan Ferrari olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram