Tesla elektrik pikapının buraxılış tarixini yenə dəyişdi | Banco.az

Tesla elektrik pikapının buraxılış tarixini yenə dəyişdi

Müəllif - Fərid İslamov, Banco.az

Tesla 2023-cü ilin sonunda Cybertruck elektrik pikapını təqdim edəcək.

Banco.az xəbər verir ki, Tesla növbəti dəfə Cybertruck-un istehsalına başlamağı və avtomobilin satışa buraxılma vaxtını dəyişib. 

Əldə edilən məlumatlara görə, elektrik pikapının kütləvi istehsalına 2023-cü ilin sonunda başlanılması planlaşdırılır. Ekspertlərin fikrincə, İlon Maskın korporasiyası Cybertruck satışlarından ilk gəliri 2024-cü ildən tez alacaq.

Jurnalistlər qeyd ediblər ki, oktyabrda Tesla nümayəndələri bildiriblər ki, şirkət Ostindəki zavodunu yeni avtomobil modellərinin istehsalı üçün hazırlamağa davam edir. Şirkətin rəhbəri Elon Mask “Cybertruck üçün son mərhələdəyik” dedi. Yayda sahibkar söz vermişdi ki, 2023-cü ilin ortalarında elektriklə işləyən pikap istehsalına başlanılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə avtomobilin yüz minə yaxın potensial alıcısı şirkətə 100 dollar depozit qoyub və yük maşınının buraxılışını gözləyir. Eyni zamanda, pikap maşınının dəqiq qiyməti və onun xüsusiyyətləri məlum deyil. Mütəxəssislərin fikrincə, 2019-cu ildə Tesla Cybertruck-u 40 min dollara satmağı planlaşdırırdı, lakin o vaxtdan bəri korporasiya onun bütün modellərinin qiymətini qaldırıb.

Oktyabrın sonunda Mask Tesla-nın ucuz elektrik avtomobili buraxacağını açıqladı. Elektromobilin qiyməti təxminən 25 min dollar ola bilər.