"Tesla" daha sərfəli yeni modellər istehsal edəcəyini açıqlayıb | Banco.az

"Tesla" daha sərfəli yeni modellər istehsal edəcəyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” tədarükçülərinə yeni elektrik avtomobilinin istehsalına başlamaq istədiyini bildirib.

Banco.az xəbər verir ki, mövzu ilə bağlı məlumatı olan dörd mənbəyə görə, ABŞ-ın elektromobil nəhəngi “Tesla” öz tədarükçülərinə “Redwood” kod adlı yeni elektrik avtomobilinin istehsalına başlamaq istədiyini elan edib.

Mənbələrdən ikisi sözügedən avtomobili kompakt krossover modeli kimi təsvir edib.

Qeyd edək ki, “Tesla”nın CEO-su İlon Mask uzun müddətdir ki, markanın pərəstişkarlarını və investorlarını ucuz elektrik avtomobilləri və sürücüsüz robot taksilərə həvəsləndirir. Sözügedən vasitələrin yeni nəsil, daha sərfəli elektrik avtomobil platformaları çərçivəsində istehsal ediləcəyi gözlənilir.

25 min dollar dəyərində başlanğıc səviyyəli avtomobil də daxil olmaqla bu modellərin “Tesla”ya sayları artmaqda davam edən daha sərfəli yanacaqla işləyən avtomobillər və sərfəli elektrik avtomobilləri ilə rəqabət aparmasına imkan verəcəyi düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ucuz elektrik avtomobilləri istehsal edən Çinin “BYD” şirkəti 2023-cü ilin son rübündə “Tesla”nı keçərək dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et