"Tesla Cybertruc"da xəta: Yağışda paslanır | Banco.az

"Tesla Cybertruc"da xəta: Yağışda paslanır

Müəllif:Mehin Qasımova/Banco.az

Tesla-nın yeni elektrikli avtomobil modeli "Cybertruck" qeyri-adi dizaynı ilə diqqət çəkməyi bacarıb.

Banco.az xəbər verir ki, qeyri-adi və polad ağır dizaynı sayəsində böyük marağa səbəb olan avtomobilin ilk tədarüklərinə fevral ayında başlanılıb.

Qısa müddət sonra "Cybertruck" haqqında istifadəçi məlumatları gəlməyə başlayıb.

İddiaya görə , sürücü  Cybertrucks-ın yağışda narıncı pas izləri əmələ gətirdiyini və avtomobilin cilalanması lazım olduğunu qeyd edib.

İstifadəçi avtomobilin paslanmayan polad korpusunda kiçik pas ləkələri olduğunu iddia etdiyi fotoları da paylaşıb.

Bir neçə digər "Cybertruck" sahibləri də suya məruz qaldıqdan sonra avtomobillərində oxşar ləkələr olduğunu bildiriblər.

Metal xidmətləri şirkəti Mead Metals-ə görə paslanmayan polad müəyyən mühitdə korroziyaya meyllidir.

"Pas adətən suya məruz qalmanın nəticəsidir, lakin həm də zərərli kimyəvi maddələrə, duzlu suya, yağışa və ya uzun müddət istiliyə məruz qalma nəticəsində yarana bilər"-, veb saytındakı blog yazısında qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram