"Tesla" çip böhranına görə bu addımı atmalı oldu | Banco.az

"Tesla" çip böhranına görə bu addımı atmalı oldu

Tamara Mustafayeva, Banco.az

"Tesla" çip böhranı səbəbindən Çindəki istehsalı dayandırmağa qərar verib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, elektromobil istehsalçısı "Tesla" şirkəti ötən ay mühüm bazarlardan biri hesab edilən Çinin Şanxay şəhərindəki zavodun fəaliyyətini müvəqqəti olaraq dayandırmalı olub.

Şirkətdən edilən açıqlamaya görə, Çindəki zavodda istehsal prosesi çip böhranı səbəbindən avqust ayında 4 gün fasiləyə məruz qalıb.

Qeyd edək ki, "Tesla" Çindən bu ilin iyul ayı ərzində həm daxili, həm də xarici bazarlarda ümumilikdə təqribən 33 min elektromobil satışı həyata keçirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et