“Tesla” Çində yeni meqa fabrik inşa edəcək | Banco.az

“Tesla” Çində yeni meqa fabrik inşa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Çində yeni meqa fabrik inşa etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti ildə 10 min Meqapaket istehsal edə biləcək yeni meqa fabrik açacağını elan edib.

Bu barədə şirkətin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Şirkətin internet saytında verilən məlumata görə, “Tesla” hazırda Kaliforniyanın Latrop şəhərində hər il 10 min Meqapaket istehsal edə bilən meqa fabrikə malikdir. Bazar günü yazdığı tvitində “Tesla”nın baş direktoru İlon Mask bildirib ki, Çindəki fabrik Kaliforniyadakı fabrikin istehsalına dəstək verəcək.

Qeyd edək ki, Meqapaket enerjini saxlayan, elektrik şəbəkəsini sabitləşdirməyə kömək edən və kəsilmələrin qarşısını alan çox böyük batareyadır. Bu batareyalar şəbəkə operatorlarına əyalətlər və ya ştatlar arasında əlavə tutum daşımağa imkan verir və tələbat yüksək olduqda və ya ötürmə şəbəkəsində planlaşdırılmamış kəsilmələr olduqda fasiləli mənbələrdən enerjinin saxlanmasına və istifadəsinə şərait yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et