Müəllif:Ayşən İmanova/Banco.az
“Tesla” iyul ayında Şanxay zavodundan avtomobil satışlarını illik müqayisədə 15,3% artıraraq 74 117 elektrikli avtomobilə çatdırıb.
Banco.az xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) ilkin hesablamalarında deyilir.
Məlumata görə, iyun ayı ilə müqayisədə bu göstərici 4,4% artıb.
Qeyd edək ki, “Tesla” hələ də Çində elektrikli avtomobil satışında yerli “BYD”dən sonra ikinci yerdədir. İyul ayında “BYD”nin satışları illik müqayisədə 30,5% artaraq rekord həddə - 340 799-a yüksəlib. Beş ay ərzində 300 mindən çox elektrikli avtomobil satılıb.
Üçüncü yeri 59 051 avtomobil tədarükü ilə “Geely”, 4-cü yeri isə rekord göstərici olan 51 min avtomobillə “Li Auto” tutub.
Ümumilikdə, avtomobil istehsalçıları iyulda Çində təxminən 950 min elektrikli avtomobil satıblar ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 29% çoxdur. İyun ayı ilə müqayisədə satışlar 3% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!