"Tesla" Çində elektrik avtomobillərinin satışını 20,2 faiz azaldıb | Banco.az

"Tesla" Çində elektrik avtomobillərinin satışını 20,2 faiz azaldıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin "Tesla" şirkəti iyunda Şanxay zavodundan tədarükləri keçən ilin eyni ayı ilə müqayisədə 59,261 min elektrik avtomobilədək (20,2 faiz) azaldıb.

Banco.az xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının ilkin hesablamalarında qeyd olunub.

Bununla yanaşı, may ayına nisbətən bu göstərici 7,3 faiz artıb.

Keçən ay Şanxay zavodundan "Tesla" ixrac tədarükü 11,746 min avtomobil təşkil edib. Bu, ötən ilin səviyyəsindən 39,7 faiz, may ayı ilə müqayisədə isə 32,3 faiz azdır.

İlin birinci yarısında şirkət Çin istehsalı olan 426,6 min elektrik avtomobili (ixrac tədarükü də daxil olmaqla) satıb ki, bu da əvvəlki illə müqayisədə 10,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et