"Tesla" bu ölkədə qiymətləri aşağı salıb | Banco.az

"Tesla" bu ölkədə qiymətləri aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tesla Çində 2 avtomobil modelinin satış qiymətini 9 faizə qədər endirib.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı "Tesla" Çin bazarına çıxardığı "Model 3" və "Model Y" avtomobillərinin satış qiymətlərini 9 faizədək azaldıb. Dünyanın ən böyük avtomobilinə tələbin azaldığını göstərən bu addım sənayedəki yüksəliş tendensiyasını tərsinə çevirib.

Qiymətlərin endirilməsi "Tesla"nın baş icraçı direktoru İlon Maskın keçən həftə "bir növ tənəzzülün" davam etdiyini söyləməsinin ardınca baş verib.

Xatırladaq ki, şirkət avtomobil satışlarını artırmaq üçün ötən ay sığorta təşviqləri də irəli sürmüşdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram