"Tesla" bu ölkədə "Model Y"nin ucuz versiyasını təqdim etdi | Banco.az

"Tesla" bu ölkədə "Model Y"nin ucuz versiyasını təqdim etdi

Tamara Mustafayeva, Banco.az

"Tesla" şirkəti Çində "Model Y"nin ucuz modelini təqdim edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın elektromobil istehsalçısı "Tesla" şirkəti getdikcə mənfiyə doğru istiqamətlənən istehlakçı düşüncəsini dəyişdirmək üçün "Model Y"nin təqribən 20% daha ucuz olan versiyasını ictimaiyyətə təqdim edib.

"Tesla"nın rəsmi internet saytında "Model Y"nin yeni "Standard Range" versiyasının 42 min 600 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı, sifarişlərin isə bu gündən etibarən qəbul edilməyə başlanacağı qeyd olunub.

Qeyd edək ki, şirkət Çinin yeni enerji bazarında dünya üzrə aparıcı mövqeyə sahib olduğunu və ABŞ-dan xaricdə yerli məhsul istehsal etdikləri yeganə bazar olduğunu bildirərək, "Çinə investisiya qoyuluşu və dünyanın dayanıqlı enerjiyə keçidini sürətləndirmə misiyamıza davam edəcəyik", deyə açıqlama edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram