“Tesla” bu ölkədə bəzi modellərinin qiymətini yenidən ucuzlaşdırıb | Banco.az

“Tesla” bu ölkədə bəzi modellərinin qiymətini yenidən ucuzlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Çində satılan bəzi modellərinin qiymətini yenidən ucuzlaşdırıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla” şirkəti bazar ertəsi (bu gün) sosial media platforması olan “Weibo”dan yayımladığı bildirişdə Model Y idman avtomobilinin qiymətində 14 min yuan (1900 dollar) endirim edərək avtomobilin uzun mənzilli versiyasını 299 min 900 (41 min 460 dollar) və performans versiyasını 349 min 900 yuana çatdırıb.

Bununla yanaşı, Model 3 arxa təkərli avtomobillər üçün 8000 yuan sığorta subsidiyasının müddəti gələn ayın sonuna qədər uzadılıb.

Qeyd edək ki, “Tesla”nın sözügedən endirim qərarı ötən həftə qiymətlərini 37 min yuana qədər aşağı salan “Geely Automobile Holdings”in Zeekr markasının endirim addımının ardınca elan edilib. Belə ki, “Zhejiang Leapmotor” şirkəti də ayın əvvəlində 20 min yuan endirim həyata keçirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram