“Tesla” bu il işçi qüvvəsinin azı 14%-ni ixtisar edib | Banco.az

“Tesla” bu il işçi qüvvəsinin azı 14%-ni ixtisar edib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” bu il işçilərinin ən azı 14%-ni ixtisar edib.

Banco.az xəbər verir ki, bu barədə “CNBC” telekanalı şirkətin daxili məlumatlarına əsasən məlumat yayıb.

“Tesla”nın elektron poçt siyahısında “bütün işçilər üçün” kateqoriyasında müvəqqəti işçilər də daxil olmaqla, iyunun 17-də 121 mindən bir qədər çox insan olub. 2023-cü ilin dördüncü rübü üçün açıqlanmış rəsmi hesabatda isə dekabrın sonunda şirkətdə 140,47 min nəfərin işlədiyi bildirilib.

Şirkətin baş icraçı direktoru İlon Mask iyunun 17-də bütün işçilərə elektron məktub göndərərək “Tesla”nın müstəsna performans üçün səhm opsionu qrantları vermək məqsədi ilə növbəti bir neçə həftə ərzində hərtərəfli araşdırma aparacağını vurğulayıb. O əlavə edib ki, bu cür qrantlar şirkət üçün xüsusi bir iş görən hər kəsə veriləcək.
İxtisarlarla bağlı mesajları isə o, apreldə vermişdi. O zaman Mask işçilərinin 10 faizdən çoxunu ixtisar etmək niyyətindən danışmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et