"Tesla" bu avtomobillərin qiymətini 7 min dollar aşağı salıb | Banco.az

"Tesla" bu avtomobillərin qiymətini 7 min dollar aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Model Y yolsuzluq avtomobillərinin qiymətlərini 7 min dollar aşağı salıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla” ehtiyat yığılmasını aradan qaldırmaq üçün ölkədə satılmayan Model Y yolsuzluq avtomobillərinin qiymətlərini 7 min dollar ucuzlaşdırır.

Bununla da, uzun mənzilli və yüksək performanslı Model Y-lərin əksəriyyəti indi orijinal qiymətlərindən 5000 dollar aşağı satılır. Arxa təkərli versiyalarda isə 7 min dollardan daha böyük endirimlər nəzərdə tutulur.

Qeyd edək ki, şirkət birinci rübdə 433 min 371 avtomobil istehsal etsə də, cəmi 386 min 810 avtomobil satışı həyata keçirib. Bu da, çox güman ki, anbarda qalan avtomobillərə daha 40 min elektromobil əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Tesla” yanvar ayında açıqlama verərək bu ilki satış artımının əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı ola biləcəyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et