"Tesla" Avropadakı ilk istehsal zavodunu bu şəhərdə açacaq | Banco.az

"Tesla" Avropadakı ilk istehsal zavodunu bu şəhərdə açacaq

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektromobil istehsalçısı "Tesla" şirkəti Avropadakı ilk istehsal zavodunu açmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin ilk istehsal zavodu Almaniyanın paytaxtı Berlin şəhərində ilin sonunadək fəaliyyətə başlayacaq.

Berlindəki zavodda festival təşkil edən İlon Mask gələn ilin sonuna qədər "Gigafactory" adlandırılan istehsal müəssisəsində yüksək həcmli elektromobil batareyası istehsal edəcəklərini açıqlayıb. Sözügedən zavodda həmçinin həftədə 10 min avtomobil istehsal etməyi də planlaşdırdıqlarını vurğulayan Mask, "Burada istehsala başlamaq işin asan tərəfidir, çətin olan isə hədəfimizdə olan istehsal həcminə nail olmaqdır", deyə əlavə edib.

Bununla yanaşı, o, işə qəbul çağırışı edərək Avropanın hər yerindən insanları "Tesla"da işləmək üçün müraciət etməyə dəvət edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Gigafactory"nin istehsala başlaması üçün Almaniya Ekologiya Nazirliyinin rəsmi icazəsi lazımdır ki, Mask sözügedən icazənin veriləcəyindən əmindir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et