Tesla artıq Türkiyəyə yatırım etməyəcək | Banco.az

Tesla artıq Türkiyəyə yatırım etməyəcək

Amerikanın elektrikli avtomobil nəhəngi “Tesla” Türkiyədəki sifarişlərinin tamamilə dayanması səbəbilə yatırım planını təxirə salıb.

Bu qərarla birlikdə “Model 3” – ün Türkiyəyə ixrac edilməyəcəyi rəsmiləşib.

“Tesla” şirkətinin Türkiyəyə yatırım edəcəyi uzun müddətdir ki, gündəmdə olan mövzu idi. Hətta Türkiyədə açılacaq ilk mağazanın yeri də müəyyən edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az türk mətbuatına istinadən xəbər verir ki, iki ölkə arasında yaşanılan münaqişələrdən sonra Türkiyə ABŞ – dan ixrac edilən avtomobillərə iyun ayında 60%, avqust ayında isə daha da artararaq 120% əlavə gömrük vergisi tətbiq etmişdi.

Bunun ardınca Tesla şirkəti sifarişlərini dayandırmış və verilən sifarişlər gömrükdən geri qaytarılmışdı. “S&S Motors” şirkətinin direktoru Fərhat Albayrak ABŞ – lı markanın Türkiyəyə yatırım planının dayandırıldığını açıqlayıb. 

Tamara Mustafayeva, Banco.az