"Tesla" ardıcıl doqquz rübü mənfəətlə başa vurdu | Banco.az

"Tesla" ardıcıl doqquz rübü mənfəətlə başa vurdu

Tamara Mustafayeva, Banco.az

"Tesla"nın mənfəəti proqnozları üstələyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, logistika və tədarük problemlərinə baxmayaraq elektromobil istehsalçısı Tesla" şirkəti ilin III rübündə analitiklərin proqnozlarından çox mənfəət əldə edib. Bununla da, şirkət ardıcıl doqquz rübdür ki, mənfəət əldə etmiş olub.

Mənzil qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən şirkətdən dünən edilən açıqlamaya görə, III rübdə bir səhm üzrə əldə edilən mənfəət 1.86 dollar hesablanıb. Analitiklər bu göstəricinin 1.67 dollar olacağını gözləyirdilər.

Qeyd edək ki, sözügedən nəticələr 18 illik elektromobil istehsalçısı şirkətin ardıcıl olaraq doqquzuncu rübdə də mənfəət açıqladığını və üstəlik bunun limanlardakı sıxlıq və Çindəki istehsal zavodlarının tam gücü ilə işləməsini çətinləşdirən elektrik enerjisinin kəsilməsi kimi maneələrin fonunda əldə edildiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et