"Tesla" Almaniyadakı fəaliyyətini dayandıracaq - Səbəb | Banco.az

"Tesla" Almaniyadakı fəaliyyətini dayandıracaq - Səbəb

Müəllif:Mehin Qasımova/Banco.az

Tesla Almaniyadakı fəaliyyətini dayandıracaq.

Banco.az xəbər verr ki, bu barədə Reuters məlumat yayıb.

Belə ki, şirkət Qırmızı dənizdə gəmilərə edilən hücumlarla əlaqədar yaranan logistik fasilələr səbəbindən Berlin yaxınlığındakı zavodda avtomobil istehsalını iki həftə müddətinə dayandıracaq.

“Qırmızı dənizdəki silahlı münaqişələr və Ümid burnu vasitəsilə Avropa ilə Asiya arasında nəqliyyat marşrutlarında baş verən dəyişikliklər Qrünheydə hasilata təsir edir”, – Tesla açıqlamasında bildirib.

Şirkət qeyd edib ki, komponentlərin daşınması daha uzun çəkir və bu, tədarük zəncirlərində boşluğa səbəb olur. 

Ən sərfəli kredit üçün müraciət et

Zavodun fəaliyyətinin yanvarın 29-dan fevralın 11-dək dayandırılacağı dəqiqləşib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram