Yeddi il öncə, məhz bu gün Elon Musk Tesla Inc şirkətini İPO-ya (səhmlərin açıq bazarda ilkin kütləvi təklifi) aparmaq qərarı verdi. 13,300,000 səhm hər biri ilkin $ 17 dollardan təklif olunurdu. Bu gün səhmlərin $360 -370 dollar arasında dəyişməsini nəzərə alsaq, geriyə qalanların sadəcə təfərrüat olduğunu anlarıq.
Lakin bu 7 il ərzində şirkətin qət etdiyi yol heç zaman bir mənalı olmayıb, həmişə mərkəzi ofisi Palo Alto-da yerləşən elektriklə çalışan avtomobil istehsalçısına mənfəətə çıxa bilməməsi səbəbindən skeptik yanaşanlar tapılıb. Lakin Musk bu gün Silikon vadinin ən perspektivli, yaradıcı və ehtiyatlı rəhbərlərindən hesab olunur.