Müəllif:Mehin Qasımova/Banco.az
"Tesla" daha 4 ölkədə qiymətləri endirib.
Banco.az xəbər verir ki, "Tesla" Almaniyada satışa çıxarılan "Model Y" avtomobillərinin qiymətlərini 8,1% aşağı saldığını açıqlayıb.
Avropada qiymətlərini endirən Tesla-nın Fransa, Hollandiya və Norveçdə də endirimlər etdiyi diqqət çəkib.
Almaniyada şirkət "Model Y" modelinin qiymətini təxminən 4,2% azaldaraq 42 990 avroya, "Long Range" modelinin qiymətlərini isə 8,1% azaldaraq 49 990 avroya endirib.
Fransada "Tesla" və "Model Y" avtomobillərinin qiymətlərində də ucuzlaşma müşahidə olunub. Fransada "Tesla" "Model 7" qiymətləri 6,7% azaldığı halda, Hollandiyada "Model Y" qiymətləri 7,7% ucuz satılmağa başlayıb. Norveçdə də qiymətlər 5,6% - 7,1% arasında azalıb.
JL Warren Capital-ın məlumatına görə, "Tesla" 2023-cü ilin dekabr ayı ilə müqayisədə Model 3-ün qiymətlərini 6%, Model Y-nin qiymətlərini də 11% azaldıb.
Bizi sosial şəbəkələrdən izləyin!!