“Tesla” 2026-cı ildə insanabənzər robotların kütləvi istehsalına başlayacaq | Banco.az

“Tesla” 2026-cı ildə insanabənzər robotların kütləvi istehsalına başlayacaq

Müəllif:Ayşən İmaova/Banco.az

Elektrik avtomobil istehsalçısı “Tesla”2025-ci ildə konveyerlərində insanabənzər robotlardan istifadə etməyi və bir ildən sonra digər şirkətlərə satış üçün onların kütləvi istehsalına başlamağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask məlumat verib.

“Tesla” gələn ildən artıq insanabənzər robotlara sahib olacaq, lakin “Tesla”nın daxili istifadəsi üçün onların sayı çox olmayacaq. Ümid edirik ki, insanabənzər robotlar 2026-cı ildə digər şirkətlər üçün də kütləvi istehsal olunacaq”, - deyə o  “X” hesabında yazıb.

Ən sərfəli kredit üçün müraciət et

Mask iyunun 14-də bildirib ki, “Tesla” 2025-ci ildə öz müəssisələrində bir neçə min robotu istifadəyə verəcək. 

Qeyd edək ki, iş adamı insanabənzər robot istehsal etmək ideyasını 2021-ci ilin avqustunda irəli sürüb. Layihə “Optimus” adlanır, model bir insan ölçüsündə olacaq və təxminən 20 kq çəki qaldıra biləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et