“Tesla” 1,5 milyard dollarlıq istiqraz buraxır | Banco.az

“Tesla” 1,5 milyard dollarlıq istiqraz buraxır

ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” şirkəti 1,5 milyard dollarlıq istiqraz buraxacaq.

Lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, məqsəd “Model 3”ün istehsalı üçün yeni maliyyə mənbələri cəlb etməkdir.   

Bu il “Tesla”nın səhmlərinin dəyəri 67% artıb, şirkətin bazar dəyəri isə 60 milyard dollara çatıb. Bu sahədə “Tesla” ənənəvi istehsalçılar “General Motors” və “Ford Motor”u üstələyir.

Xatırladaq ki, “Model 3” elektromobili bu il martın sonunda təqdim edilib. May ayına olan məlumata görə, şirkət 500 minə yaxın ilkin sifariş toplayıb.