Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 12 fevral 2013-cü il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın tələblərini mütəmadi surətdə pozduğuna görə “İnterneyşnl Tranzakşn Sistem” MMC-yə broker və diler fəaliyyəti üçün verilmiş lisenziyalar dayandırılıb.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 13 diler fəaliyyəti, qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə 2, depozitar fəaliyyəti üzrə 2, fond birjası fəaliyyəti üzrə 1 və klirinq fəaliyyəti üzrə 1, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılığı (lisenziyası) qüvvədədir.