Bitcoin və Ethereum kimi kriptovalyutalar daha çox diqqət mərkəzində olsalar da, IOTA da son vaxtlar ciddi uğurlar qazanır. IOTA 5 milyard dollar bazar həcmi ilə kriptovalyutalar arasında 11-ci pilləni tutur.
IOTA-nın əməliyyat haqqı olmadan işləyə bilən unikal blockchain tenologiyası “Tangle” onun ən böyük enerji mənbəyidir.
Bir müddət əvvəl IOTA öz xüsusiyyətləri ilə bəzi Almaniya şirkətlərinin diqqətini çəkdi. Məsələn, “Volkswagen”-in rəqəmsal işlər mütəxəssisi Conatan Yanqvirs IOTA təşkilatının icraçı üzvüdür. “Bosch”-un da bu platformaya sərmayə qoyduğu və birlikdə işlədiyi məlumdur.
IOTA təşkilatının əməkdaşları və riyaziyyatçılar məvaciblərini IOTA ilə alırlar. Bundan əlavə, təşkilat IOTA-nın təsisçiləri tərəfindən 300 min dollardan artıq hədiyyə yığıb.
IOTA-nın təsisçilərindən olan Dominik Şayner “Bloomberg”-ə verdiyi açıqlamada IOTA-nın daha da böyüyəcəyinə inandığını bildirib. Şayner böyük şirkətlərlə çalışmağın yüksəlişi sürətləndirdiyini vurğulayıb. Digər tərəfdən, IOTA-nın smart müqavilə kimi xüsusiyyətini inkişaf etdirdiyinə dair söz-söhbətlər yayılıb. Kanada, Yaponiya, Norveç və Cənubi Koreyada IOTA-nın ofisləri açılacaq.
Şayner 2013-cü ildə hələ 17 yaşı olarkən öz kriptovalyuta birjasını yaratmaq istəmiş və 500 min avro sərmayə qoymuşdu. Amma layihə tamamilə uğursuz oldu və bütün pullarını itirdi. Şayner uğursuzluğunu həmin vaxt kriptovalyutaların qeyri-qanuni fəaliyyətlərlə əlaqələndirilməsində görür. O, sözlərinə belə davam edib:
“Heç kim kriptovalyutalara yaxşı baxmırdı və qeyri-qanuni istifadəsindən narahatlıq yaranırdı. Heç bir bank mənim şirkətim üçün hesab açmadı”.
IOTA 2015-ci ildə Şayner, Devid Sonstebo, Sergey İvançeqlo və Sergey Popov tərəfindən Berlində yaradıldı. Həmin vaxtdan bəri kriptovalyutalara olan inam ço artıb. IOTA da getdikcə məşhurlaşaraq ən dəyərli kriptovalyutalardan biri oldu.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.